Milli komandamız DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyuna ciddi itki ilə çıxacaq. SİA-nın məlumatına görə, kapitan Rəşad Sadıqov zədə səbəbindən bugünkü oyunu buraxacaq. Onun əvəzinə isə meydana Bədavi Hüseynov çıxacaq.
Qeyd edək ki, ötən gün millimizin baş məqşçisi Robert Prosineçki Rəşadın adının start heyətdə olduğunu desə də, zədə səbəbindən onu Bədavinin əvəzləyəcəyini də istisna etməmişdi.
Xatırladaq ki, Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB