Anastasiya Jitkova üzgüçülük üzrə Ukraynanın Açıq Kuboku yarışlarının mükafatçısı olub
Azərbaycan idmançısı Anastasiya Jitkova Burştında (İvanovo-Frankovsk vilayəti) başa çatmış açıq hovuzda üzgüçülük üzrə Ukraynanın Açıq Kubokunda 10 kilometr məsafəyə yarışlarda üçüncü yeri tutub. Siasport.az saytı xəbət veriri ki, qadinlar arasında bu məsafəyə üzgüçülük yarışlarında Donetsk vilayətindən Olqa Beresneva (2.05.59 nəticə ilə) birinci, Poltava vilayətindən Yelena Berbasova (2.12.46) ikinci, Azərbaycandan Anastasiya Jitkova (2.13.04) üçüncü olub.
Yarışlarda Dnepropetrovsk, Donetsk, Zaporojye, İvano-Frankovsk, Kiyev, Nikolayevsk, Poltava, Xarkov və Çerniqov vilayətlərindən idmançılar iştirak ediblər. Yarışlarda Ukrayna idmançıları ilə yanaşı, Azərbaycan və Moldova üzgüçüləri mübarizə aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB