Artıq bele demək mümkünsə İstanbulun "Beşiktaş" futbol klubunun Diyeqo Forlan istəyi "suya düşüb". Siasport.az saytı xəbər verir ki, İspaniyanın "Atletiko Madrid" futbol klubunun uruqvaylı ulduz futbolçusu D.Forlan, dincəldiyi Mayamada jurnalistlərə bildirib ki, o "Atletiko Madrid"də futbol həyatını davam etdirmək niyyətindədir. Uruqvaylı futbol ulduzu "Beşiktaş"ın onu transfer etmək üçün səy göstərdiyindən xəbərdar olduğunu dilə gərirərək, İspaniyadan ayrılmaq niyyətində olmadığını, Atletiko şəhərini çox sevdiyini açıq şəkildə bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB