Futbol üzrə Türkiyə milli komandası bu gün "Avro 2012" çərçivəsində Belçika ilə rəqib meydanında üz-üzə gələcək. Siasport.az saytı xəbər verir ki, Türkiyə yığmasının baş məşqçisi Quus Hiddink, bu qarşılaşmanın qrupdakı gələcək taleləri baxımından, ən əsası isə 2012-ci ildə keçiriləcək Avropa Çempionatına qatılıb-qatılmamaq baxımından olduqca mühüm əhəmiyyət kəsb etdiyini açıqlayıb. Hollandiyalı futbol mütəxəssisi qeyd edib ki, əgər Belçikaya məğlub olsalar o zaman qrupdakı ikinci yeri tutmaqşansları da aradan qalxacaq. Türkiyə millisinin və İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Sərvət Çətin isə jurnalistlərə bildirib ki, onların Belçikanı məğlub etməkdən başqa yolları qalmayıb:
"İndi hər şey öz əlimizdədir. Bizim Belçikanı məğlub etməkdən başqa yolumuz qalmayıb. Keçən dünya çempionatına da buraxdığımız səhvlər ucbatından qatıla bilmədik. Amma indi hər şey öz əlimizdədir"-deyə S.Çətin fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB