Yenidən İspaniya çempionluğunu və UEFA Çempionlar Liqasını qazanan "Barselona" futbol klubu heyətini güecləndirmək üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, artıq katalonlar bayram ovqatından ayılaraq, yeni mövsümün hazırlıqlarına başlayıblar. Xüsusi ilə Milito, Pyol və Abidalın zədə üzündən hələ də heyətə dönməmələri, "Barselona"nı ciddi addımlar atmağa və onlara alternativ futbolçular tapmağa sövq edir. Katalon klubu ilk olaraq, İtaliyanın "Milan" futbol klubunun bacarıqlı gənc stoperi Tyaqo Silvanı transfer etmək istəyir. "Barselona", bu futbolçunu transfer etmək üçün Milan şəhərinin təmsilçisinə 25 milyon avro ödəməyə hazırdır. İtaliya mətbuatı yazır ki, artıq Katalon təmsilçisi gələn həftə "Milan"la danışıqlara başlamaq niyyətindədir. Bacarıqlı futbolçunu əldən çıxarmaq istəməyən "Milan"ın bu qiymətə razılaşacağı da real görünmür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB