Tələbə Gənclər Təşkilatları arasında mini-futbol üzrə turnir keçirilib

Tələbə Gənclər Təşkilatları arasında mini-futbol üzrə turnir keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Nərimanov rayonunda yerləşən 200 saylı məktəbin futbol meydançasında "28 may-Respublika günü" münasibəti ilə ali və orta ixtisas müəssisələrinin Tələbə Gənclər Təşkilatları arasında mini-futbol üzrə turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdə 16 komanda iştirak edib.Oyunlar dairəvi sistem üzrə aparılıb. Bütün qrup oyunlarından sonra komandalar yarımfinala və sonra finala vəsiqə qazanıblar. TurnirdəI yerə Azərbaycan Dövlət Pedaqoji Universiteti, II yerə Azərbaycan Dövlət Neft Akademiyası, III yerə Azərbaycan İctimai Siyasi Universitetilayiq görülüb.
Yarışda I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, xatirə hədiyyələri və diplomlarla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə