Belçika ilə 11-ci duel ! - STATİSTİKA

Belçika ilə 11-ci duel ! - STATİSTİKA

Xəbər verdiyimiz kimi, sabah Avropa çempiontının seçmə mərhələsi çərçivəsində Türkiyə yığması ilə Belçika milli qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, bu iki ölkə 10 matçda üz-üzə gəlib. Komadalar hərəyə 3 dəfə qələbə qazanıb, 4 dəfə heç-heçə ediblər. Türkiyənin 16 qoluna Belçika 17 qolla cavab verib. Türkiyə 6 səfər qarşılaşmasından ikisində meydanı 3 xalla tərk edib. Qalan 4 oyunda isə Türkiyə millisi müvafiq olaraq 2 heç-heçə və 2 məğlubiyyət yaşayıb. Sabah Belçikayla qarşılaşacaq olan qardaş ölkənin millisi qrupda 11-ci oyununa çıxacaq.

Xatırladaq ki, sentyabrın 7-də "Şükrü Saraçoğlu"da keçirilən oyunda Türkiyə 3:2 hesabı ilə qalib gəlmişdi. Onu da qeyd edək ki, əfsanəvi türk futbolçu Hakan Şükür rekord qırdığı qolu da, məhz Belçikaya vurub. Belə ki, "Bosfor Öküzü" qapıçından da hündürə tullanaraq topu başıyla qapıya vurmuşdu.

Qeyd edək ki, 11-ci duel Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bu vaxta qədər iki millini rəsmi və yoldaşlıq görüşlərində qarşı-qarşıya gətirən qarşılaşmaları diqqətinizə çatdırırıq:

TÜRKİYE-BELÇİKA MATÇLARI

08.12.1957 Ankara Yoldaşdıq 1:1

26.10.1958 Brüksel Yoldaşdıq 1:1
31.08.1996 Brüksel Dünya Kuboku seçmə mərhələsi 1:2
30.04.1997 İstanbul Dünya Kuboku seçmə mərhələsi 1:3
19.06.2000 Brüksel Avrupa Çempionatı Finalları 2:0
28.04.2004 BrükselYoldaşdıq 3:2
24.05.2006 GenkYoldaşlıq 3:3
10.09.2008 İstanbul Dünya Kubokuseçmə mərhələsi 1:1
10.10.2009 Brüksel Dünya Kubokuseçmə mərhələsi 0:2
07.09.2010 İstanbul Avrupa Çempionatı Seçmə mərhələsi 3:2

Bütün xəbərlər Facebook səhifəmizdə