Rəşad Sadıqov: "Sabah ən vacib oyunuma çıxacağam"

Rəşad Sadıqov: "Sabah ən vacib oyunuma çıxacağam"
"11 ildir yığmadayam. Onu deyə bilərəm ki, sabah ən vacib oyunuma çıxacağam". Siasport.az saytı xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Rəşad Sadıqov deyib. O, bu oyunla futbolumuzun gələcək taleyi ilə bağlı ya müsbət, ya da mənfi fikirlər yaranacağını qeyd edib: "Bunu uzun müddət dəyişmək çətin olacaq. Hələ Almaniya yığması ilə oyun haqda fikirləşmirik. İki həftədir bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik, süni qazonda məşq edirik. Qazaxıstan yığması indi tam fərqli futbol oynayır, fiziki cəhətdən hazırlıqlıdır, daha istəklidir".

Bütün xəbərlər Facebook səhifəmizdə