DÇ-2018-in seçmə mərhələsində bu gün Çexiya ilə qarşılaşacaq Azərbaycan millisinin yarımmüdafiəçisi Rahid Əmirquliyev oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib. SİA-nın məlumatına görə, futbolçu onları ağır oyun gözlədiyini deyib:
- Çexiya barədə çox danışmağa ehtiyac yoxdur. Bu komandanı hamı tanıyır. Bizi ağır oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni əldə edək.
- Rəqib baş məşqçi oyunöncəsi mətbuat konfransında Prosineçkini yalnız futbolçu kimi tanıdığını dedi. Oyununuzla Prosineçkini ona məşqçi kimi də tanıtmağa hazırsız?
- Onun Prosineçkini məşqçi kimi tanımaması gülməlidir. Sabah meydanda oyunumuzla özümüzü sübut edəcəyik.
- Sabahkı oyunda qələbə qazansanız, özünüzü qrupdakı yerinizi təmin etmiş sayacaqsız?
- İlk iki oyundan 6 xal qazanmışıq. Bura da yaxşı nəticə əldə etmək üçün gəlmişik. Çalışacağıq, yaxşı nəticə əldə edib, qrupdakı mövqeyimizi saxlayaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB