Ladislav Kreyçi: "Qalib gəlməyə çalışacağıq"

Ladislav Kreyçi: "Qalib gəlməyə çalışacağıq"

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi Çexiyanın qonağı olacaq. SİA-nın məlumatına görə, Çexiya komandasını üzvü Ladislav Kreyçi oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Deməzdim ki, sabahkı oyun ən vacibidir. Düzdür, ilk iki oyunda qalib gələ bilmədik. Ancaq əminəm ki, bu matçda qalib gələcəyik.

- Azərbaycanın qrupda birinci pillədə qərarlaşması sənin üçün sürpriz deyil ki?

- Sürpriz deyil. Ancaq iki oyunda Azərbaycanın 6 xal toplaması onlar üçün yaxşı vəziyyətdir.

- Azərbaycanın qrupda Çexiyadan yüksək pillədə olması sizə əlavə təzyiq deyil ki?

- Yox, bu, bizim üçün təzyiq deyil.

- Rəqibin oyununda sizi ən çox təəccübləndirən nə idi?

- Onların əsas üstünlüyü müdafiə xəttidir. Onlar həmçinin müdafiədən əks-hücuma yaxşı çıxırlar.

- Sabahkı oyunda mütləq qalib gəlməlisiz. Bunu dərk edirsiniz?

- Əlbəttə, bunu qəbul edirik. Sabah çox şey həll olunacaq. Hər şansımızdan istifadə edərək, qalib gəlməyə çalışacağıq.

- Milli son iki oyunda qol vura bilmədi. Bunun səbəbi nədir?

- İlk oyunda şanslarımız olsa da, dəyərləndirə bilmədik. İkinci oyunda isə şans qazana bilmədik. Ancaq biz hücumçular əlimizə düşən imkanladan istifadə etməliyik.

Bütün xəbərlər Facebook səhifəmizdə