İstanbulun "Qalatasaray" futbol klubu xarici transferlərlə yanaşı, ölkə daxilində də transfer işlərini sürətlə həyata keçirməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, "cim bom", Türkiyə futbolunun son illərdəki ulduz futbolçularından sayılan "Bursaspor"un ulduz futbolçusu Sərcan Yıldırımı da heyətinə qatmaq üzrədir. Məsələ burasındadır ki, dünən axşam saatlarında "Qalatasaray"ın təlim-məşq bazasına meneceri ilə birgə ziyarət edən S.Yıldırım, burada İstanbul klubunun baş məşqçisi Fatih Terimlə və klubun transfer işləri ilə məşğul olan məsul şəxslərlə görüşüb. Türkiyənin "Spor.3" idman saytı xəbər verir ki, "Qalatasaray" rəsmiləri ilə danışıqlar apararaq əksər məsələlərdə razılığa gələn S.Yıldırım, F.Terimin rəhbərliyi altında oynamaq istəyini də açıqca danışıqlar masasında dilə gətirib. Artıq iki klubun da bu məsələni razılaşdırması üçün yaxın vaxtlarda danışıqlara başlayacaqları bildirlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB