Artıq sözün əsl mənasında Didye Droqbanı transfer etmək üçün kəskin və amansız mübarizə aparan İstanbulun "Qalatasaray" futbol klubunun rəhbərliyi, bu istəyini reallaşdırmaq üçün Roman Abromoviçi əməllicə küncə sıxıb. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun vitse prezidenti Adnan Öztürkün, "Artıq Didye Droqba ilə bütün məsələləri razılaşdırmışıq, son söz Abramoviçindir" deməsindən sonra, klub rəhbərliyi, rusiyalı milyarderin üstünə hücuma keçib. Klubun prezidenti Ünal Aysal R.Abramoviçi yola gətirmək üçün indi də yaxın dostu, "Çelsi"ni R.Abramoviçlə birgə ayaga qaldıran Piter Kenyonu da vasitəçi kimi araya salıb. Türkiyə mətbuatı xəbər verir ki, P.Kenyon da öz növbəsində D.Droqbanın "Qalatasaray"a transfer olması üçün "zadəganlar"ın prezidenti ilə danışıqlara başlayıb. Belə görünür ki, bu transfer davası, sonda D.Droqbanın İstanbula top qovmağa gəlməsi ilə sonunclanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB