“Araz” bu gün ilk oyununa çıxacaq

“Araz” bu gün ilk oyununa çıxacaq

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu "Araz" bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, təmsilçimiz Bakı vaxtı ilə saat 19:30-da Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində Gürcüstanın Tbilisi Dövlət Universiteti komandası ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə