İspaniyalı futbolçu Xerar Pike yığma komandada karyerasını başa vuracağı vaxtı açıqlayıb. SİA-nın məlumatına görə, O, 2018-ci il dünya çempionatından sonra yığma forması geyinməyəcəyini deyib.
29 yaşlı müdafiəçi illi komandada son zamanlarda xoş qarşılanmadığını bildirib: "Baş məşqçimiz Xulen Lopeteginin yeni layihəsi bizi çox həyəcanlandırır. Bu səbəbdən, yığmada dünya çempionatına qədər çıxış edəcəyəm. Birlikdə başladıq və bir yerdə də davam edəcəyik. Rusiyadakı mundial mənim yığmadakı son turnirim olacaq".
Xatırladaq ki, X.Pike 2009-cu ildən İspaniya yığmasında çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB