Rail Məlikov: \"Növbəti qələbəmizi qazanıb, xalımızı 6-ya çatdırmaq istəyirik\"
\"Qazaxıstanla oyuna ciddi hazırlaşmışıq. Hesabımızda 3 xal var. Növbəti qələbəmizi qazanıb, xalımızı 6-ya çatdırmaq istəyirik\". Siasport.az saytı xəbər verir ki, bu sözləri bu gün \"Qazaxstan\"la oyundan öncə Astana şəhərindəki \"Rixos President Astana\" otelində keçirilən mətbuat konfransında Azərbaycan millisinin futbolçusu Rail Məlikov deyib. Bakıya qələbə ilə qayıtmaq arzusunda olduqlarını qeyd edən futbolçu, bunun üçün əllərindən gələni edəcəklərini vurğulayıb: \"Milli komanda bir ailədir. Hamımız milli komandanın uğuru üçün çalışırıq. Komandada mehriban ab-hava hökm sürür, əhval-ruhiyyəmiz yaxşıdır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB