Rafael Benitez "Qalatasaray"ın və "Atletiko Madrid"in təkliflərini niyə rədd edib?
Uzun illər boyu İngiltərənin "Liverpul" futbol klubunu çalışdıran, artıq bir ilə yaxındır ingilis klubundakı postundan istefaya göndərilən ispaniyalı məşhur futbol mütəxəssisi Rafael Benitezə, sən demə öz həmvətənləri və türkiyəli qardaşlarımız da "elçi" düşüblərmiş. Siasport.az saytı xəbər verir ki, İspaniyanın "Atletiko Madrid" futbol klubunun nümayəndələri və İstanbulun "Qalatasaray" futbol klubunun menecerləri, "Liverpul"un keçmiş baş məşqçisini öz komandalarının sükanı arxasında görmək istəyiblər. Fransanın "Kronofoot" idman saytında dərc olunan material da dediklərimizi təsdiq edir. Fransız saytı yazır ki, R.Benitezə ən çox pul təklifini İstanbul təmsilçisi edib. "Qalatasaray" rəhbərliyinin maliyyə təklifi, "Atletiko Madrid"in təklif etdiyi məbləğdən ən azı dörd dəfə çox olub. Lakin ispaniyalı mütəxəssis həm "Qalatasaray"ın, həm də həmvətənlərinin transfer təklifini rədd edibmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB