Faiq Şadlı küçədə huşunu itirdi-FOTO

Faiq Şadlı küçədə huşunu itirdi-FOTO
Tanınmış futbol fanatı Faiq Şadlı yaşadığı Sumqayıt şəhərində küçədə gəzərkən və bir çoxlarının dediklərinə əsasən, aktyor və klounluq sənətinin reklamına görə buklet çıxartmaq üçün mətbəəyə gedərkən qəflətən huşunu itirərək yerə yıxılıb. Siasport.az saytı xəbər verir ki, ətrafdakı insanlar bunun gizli zarafat çəkilişinin olduğunu fikirləşiblər. Lakin bir müddət keçdikdən sonra bir neçə insan Faiqə yaxınlaşaraq işin ciddi olduğunu hiss ediblər.
Dərhal xəstəxanaya yerləşdirilən aktyor Faiq Şadlı həkimlərin rəyinə görə qan təzyiqinin qəfildən çox aşağı düşməsi nəticəsində huşunu itirib.
Son zamanlar fikirli və dərdli görünən Faiq öz problemini heç kimlə bölüşmək istəməsə də, deyilənlərə görə sosial şəraitinin çətin olması ilə əlaqədar gecələr belə yuxusuzluqdan əziyyət çəkir.
Qohumlarından biri onun vəziyyəti ilə bağlı bunları deyib: \"Son zamanlar Faiq əvvəlki kimi heç kimlə zarafatlar etmirdi. Kefini soruşanda isə kasıbçılığı dilə gətirərək, həyatından şikayət edirdi\".
Əldə etdiyimiz son məlumatlara əsasən isə, Faiq qohum-əqrabalarının köməyi sayəsində İran İslam Respublikasına müalicə üçün aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə