Qurban Qurbanov: "Ən düzgün olan qərarı qəbul etməyə çalışacağıq"

Qurban Qurbanov: "Ən düzgün olan qərarı qəbul etməyə çalışacağıq"
Xəbər verdiyimiz kimi, "Qarabağ" Futbol Klubu 6 futbolçusuyla yollarını ayırıb. Siasport.az saytı xəbər verir ki, yaşlı futbolçularla vidalaşan komandada başqa islahatlar da gözlənilr. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov verdiyi açıqlamada planlarından danışıb: "Bəli, 6 futbolçuyla yollarımızı ayırdıq. Onların coxusu 3-4 il idi ki, "Qarabağ2da forma geyinirdilər. Amma bu futboldu. Əbədi heç nə yoxdur. Onlara karyeralarında uğurlar arzulayıram. Mümkün qədər dəyişiklər etmək zəruriyyəti hiss edirdik. Ola bilsin başqa futbolçularla da yollarımızı ayırdıq. Artıq, "Abşeron"a icarə verdiyimiz Osman Umarovu geri qaytarmışıq. Əvəzedicilərin heyətində fərqlənən Kamil Hüseynov və istedadlı Elgiz Kərəmlini əsas komandaya qatmışıq. Onlar bizimlə təlim-məşq toplanışında iştirak edəcəklər. Gördüyünüz kimi gənclərə üstünlük veririk. Başqa futbolçularında gəlişi mümkündür. Amma bu işdə tələsməməliyik. Ən düzgün olan qərarı qəbul etməyə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə