Sambo üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri müəyyənləşib

Sambo üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri müəyyənləşib

Şağan Olimpiya-İdman Kompleksində Azərbaycanın Əməkdar Bədən Tərbiyəsi İşçisi Sabir Hüseynovun xatirəsinə həsr olunmuş sambo güləşi üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, 1995-1996-cı il təvəllüdlü yeniyetmələr arasında keçirilmiş yarışda 190 idmançı 12 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Yarışın nəticələrinə görə 1-ci yeri 40 kq çəki dərəcəsində Mirfəttah Seyidbəyli, 42 kq çəkidə Elmin Babayev, 45 kq çəki dərəcəsində Rəşad Muradov, 48 kq-da Tural Allahverdiyev, 51 kq çəkidə Elton Quliyev, 55 kq çəki dərəcəsində Fuad Məmmədov, 59 kq-da Murad İbrahimov, 63 kq-da İbrahim Məmmədov, 68 kq çəki dərəcəsində Fərid Babazadə, 73 kq-da Fərid Sadıqov, 78 kq-da Rəşad Əliyev, 78 kq-dan yuxarı çəki dərəcəsində isə Tural Qəhrəmanov tutublar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin, Sambo Federasiyasının müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə