İyunun 2-9-da İsveçrənin Nyon şəhərində futbol hakimləri üçün "UEFA Core" adlı seminarın ikinci mərhələsi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Portuqaliya, Kipr, Sloveniya, İslandiya, İsrail, Lüksemburq və Norveç hakimlərinin iştirakı ilə keçiriləcək seminarda Azərbaycanı Əliyar Ağayev, Yaşar Abbasov və Coşqun Həsənov təmsil edəcəklər. Seminarın keçirilməsində məqsəd hakimlərin son 6 ayda ingilis dili biliklərinin və fiziki hazırlıq səviyyəsinin nə dərəcədə yüksəlməsini yoxlamaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB