Futbol üzrə Avrokuboklarda yeni mövsümün püşkatmanın vaxtı müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, iyunun 20-də İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında keçiriləcək tədbirdə ilk olaraq Çempionlar Liqası yarışlarının püşkü atılacaqdır. Sonra isə UEFA Avropa Liqasının püşkatma mərasimi keçiriləcək. Xatırladaq ki, Azərbaycanı Çempionlar Liqasında Unibank Premyer Liqasının qalibi "Neftçi" klubu təmsil edəcək. Ölkə çempionu yarışa ikinci təsnifat mərhələsindən qatılacaq. Unibank Premyer Liqasında üçüncü olmuş "Qarabağ" və dördüncü olmuş AZAL UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindən, NBC Bank Azərbaycan kubokunun qalibi "Xəzər-Lənkəran" klubu isə ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB