"Avro2012"-yə hazırlaşan futbol üzrə İsveç milli komadası, iyunun 3-də Moldova ilə oynanılacaq qarşılaşmada ulduz futbolçu Zlatan İbrahimoviçin xidmətindən yararlana bilməyəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə futbol üzrə İsveç milli komandasının baş məşqçisi Erik Hamren məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, "Milan"ın ulduz futbolçusu zədəli olduğu üçün onunun Moldovaya qarşı oyunda meydana çıxmasına risqli addım kimi yanaşır və onu heyətə daxil etməyib. E.Hamren deyib ki, onun yenidən zədə almasını istəmir və çox güman ki, Z.İbrahimoviç Finlandiya ilə keçiriləcək növbəti qarşılaşmada komandanın heyətində yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB