"Xəzər Lənkəran" ev oyunlarına gələn azarkeş sayına görə hər mövsüm olduğu kimi, bu dəfə də birinci sıradadır. Siasport.az saytı xəbər verir ki, PFL-ın təqdim etdiyi son statistikaya əsasən Lənkəran şəhər mərkəzi stadionunda bu mövsüm ümumilikdə 163000 nəfər öz komandasına dəstək olub. Bu isə o deməkdir ki, "Xəzər Lənkəran"ın Azərbaycan Premyer Liqası çərçivəsində hər bir ev qarşılaşmasına orta hesabla 10187 azarkeş təşrif buyurub. İkinci pillədə qərarlaşan ən yaxın izləyici isə "Gəncə"dir. Bu komandanın ev oyunlarını "Xəzər Lənkəran"dan təxminən iki dəfə az – 86300 tamaşaçı izləyib.
Mövsümün ən çox azarkeş toplayan hər üç oyunu da məhz cənub təmsilçisinin iştirakı ilə keçib. Bunlar 9-cu tur çərçivəsində "Gəncə" – "Xəzər Lənkəran" (17500), 24-cü tur çərçivəsində "Xəzər Lənkəran" – "Neftçi" (15000) və 3-cü tur çərçivəsində "Xəzər Lənkəran" – "İnter" (13500) qarşılaşmalarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB