Pərviz Abdullayev Dünya Kəməri uğrunda döyüşdən öncə rəqibi ilə niyə mübahisə edib?
Rusiyanın Rostov şəhərində peşəkar kikboksinq üzrə WAKO-PRO Dünya Kəməri uğrunda döyüş keçirilib. Siasport.az saytı xəbər verir ki, Azərbaycan idmançısı Pərviz Abdullayevin döyüşün qalibi olması ilə bağlı bu gün "Trend" Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib. Konfransda qeyd olunub ki, Pərviz Abdullayevin rəqibi rusiyalı ikiqat dünya və Avropa çempionu Vitaliy Soroka olub. Döyüşdən öncə keçirilən mətbuat konfransında rəqiblər arasında mübahisə baş verib. Mübahisənin mözusu isə qələbənin kimin qazanacağı ilə bağlı olub. Döyüşü isə Azərbaycan təmsilçisi qazanıb.
Tədbirdə həmçinin bildirilib ki, P.Abdullayev peşəkar kikboksinq üzrə dünya yığmasının tərkibində Türkiyədə də yarışda çıxış edib. Onun rəqibi Almaniyadan gətirilmiş, 26 peşəkar döyüş keçirmiş və 20-də qalib gəlmiş türk idmançı Hakan Koşan olub. P.Abdullayev onun üzərində tam qələbə qazanıb.
Qeyd edək ki, P.Abdullayev Azərbaycanı peşəkar kikbokinqdə təmsil edən idmançı kimi 20 döyüş keçirib, bu döyüşlərin 19-da qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB