Andriy Popoviç milli komandanın düşərgəsinə qayıdıb

Andriy Popoviç milli komandanın düşərgəsinə qayıdıb

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının heyətinə dəvət olunmuş qapıçı Andriy Popoviç 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının moldovalı həmyaşıdları ilə keçirəcəyi yoldaşlıq oyunu ilə əlaqədar mayın 30-da U-21-in sərəncamına göndərilmişdi. Siasport.az saytı xəbər verir ki, artıq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyununu keçirdiyi və təlim-məşq toplanışını başa vurduğu üçün Andriy Popoviç milli komandanın düşərgəsinə qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə