Azərbaycan boksçuları İtaliyada döyüşəcəklər

Azərbaycan boksçuları İtaliyada döyüşəcəklər

İtaliyanın Sardinya adasında yerləşən Stintino kurort şəhərində 3 ölkənin boksçularının iştirakı ilə komanda döyüşləri təşkil olunacaq. Siasport.az saytı xəbər verir ki, artıq bir müddətdir ki, milli komandamızın "2 nömrələri"də bu şəhərdə təlim-məşq toplanışı keçirlər. Yığmamız iyunun 3-də Rusiya komandası ilə, bundan bir gün sonra isə İtaliya boksçuları ilə üz-üzə gələcək. Yarışın ilk günündə - iyunun 2-də İtaliya və Rusiya milliləri görüşəcəklər. Rusiyanı bu yarışda Sankt-Peterburq idmançıları təmsil edəcək. İtaliya millisi isə Türkiyədə keçiriləcək Avropa çempionatına hazırlaşdığından əsas heyətlə mübarizə aparacaq.

Qeyd edək ki, milli komandamızın "bir nömrələr"i hazırda Moskva ətrafında yerləşən Çexov şəhərində Rusiya millisi ilə birgə hazırlıq keçir. Yarışa fəxri qonaqlar kimiAİBA-nın baş katibi Xo Kim, Avropa Boks Federasiyasının prezidenti Umberto Furqoni və İtaliya Boks Federasiyasının prezidenti Franko Farçinellinin də dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə