Bu gün Sabunçu rayon Balaxanı qəsəbəsində yeni idman zalı istifadəyə verilib. Siasport.az saytı xəbər verir ki, idman zalı "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər proqramı"na əsasən inşa edilib.
2007-ci ilin yanvar ayından tikintisinə başlanılan zal üçün Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 0,48 hektar torpaq sahəsi ayrılıb.
1. Tikili altı sahə 1584 m2
2. Ümumi tikinti sahəsi 1728 m2
3. Yaşıllıqların sahəsi 370m2
4. Asfalt sahəsi 2 400 m2
İdman zalı baş plana əsasən inşa edilib. İki mərtəbəli İdman zalı binasının ümumi ölçüsü 54m x 30m-dir.
Zalın I mərtəbəsində 42x30 ölçüdə universal idman zalı, 2 ədəd soyunub geyinmə otağı, 2 ədəd duş kabinəsi, vestibül, həkim otağı, 2 ədəd sanitar qovşağı var.
II mərtəbə isə dəhliz, məşqçi otağı, müdiriyyət otağı, işçi otağı və texniki otaqdan ibarətdir.
Baş plana əsasən inşa edilən digər tikililər:
1,8 metr hündürlükdə daş hasar 155p/metr
1 ədəd 100 m3 içməli su anbarı
1 ədəd 100 m3 yanğın su anbarı
250 kVa güçündə Komplekt transformator yarımstansiyası
Nasosxana binası
Kanalizasiya təchizatı xətti 90 metr
Su təchizatı xətti 105 metr
Elektrik təchizatı xətti 400 metr
Sürüşməyə qarşı istinad divarı 146 p/metr, hündürlüyü 6 metrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB