İstanbulun "Qalatasaray" futbol klubu Ersan Gülüm üçün "Adanaspor" futbol klubuna rəsmi olaraq təklif göndərib. Siasport.az saytı xəbər verir ki, bir neçə dəqiqə bundan əvvəl İstanbul klubunun rəsmi saytı, bu məlumatı təsdiqləyərək, gənc futbolçu üçün "Adanaspor"la danışıqlara başlanacağını dərc edib. Türkiyənin "NTV Spor" televiziyası isə xəbər verir ki, "Adanaspor" klubunun prezidenti Bayram Akgül, bazar ertəsi "cim bom" təmsilçiləri ilə görüşəcəyini açıqlayıb. Xatırladaq ki, gənc futbolçunu transfer etmək üçün daha bir İstanbul nəhəngi olan "Beşiktaş" da mübarizə aparmışdı. Amma son anda futbolçunun "qara qartal" fotması geyməkdən boyun qaçırması hər şeyə nöqtə qodu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB