"Fənərbaxça"nın hədəfi Van Nistelroydur

"Fənərbaxça"nın hədəfi Van Nistelroydur

İstanbulun "Fənərbaxça" futbol klubu, daha bir super transfer reallaşdırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İstanbul klubu "Real Madrid"in əfsanələrindən sayılan, hazırda Almaniyanın "Hamburq" futbol klubunda forma geyinən hollandiyalı Ruud Van Nistelroyu transfer etməyə hazırlaşır. İyunun 30-da alman klubu ilə müqaviləsi başa çatacaq hollandiyalı futbol ulduzunu transfer etməyi planlaşdıran "Fənərbaxça" rəhbərliyi, ilk olaraq artıq futbolçunun meneceri ilə təmasa keçib. Hollandiyalının "Fənərbaxça"ya transfer olmasını isə ən çox klubun baş məşqçisi Aykut Kocaman istəyir. İspaniyalı Daniel Quiza ilə yollarını ayırmağa hazırlaşan İstanbul klubu, bununla komandanın hücum xəttini gücləndirməyə çalışır. Əlavə olaraq, futbolçu üçün alman klubuna heç bir transfer haqqının ödənilməməsi də "Fənərbaxça" üçün əlavə sərfəli məqam sayılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə