Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qazandıqları qələbədən sonra azarkeşlərə təşəkkür edib. O, "Facebook" səhifəsində bunları qeyd edib:
"Bütün azarkeşlərimizə dəstəyə görə dərin təşəkkürümü bildirirəm, bu sizin qələbənizdir!
Təəssüf ki, azarkeşlərimizdən biri oyundan qabaq yıxılıb xəsarət alıb. Ona tezliklə sağalmasını arzulayırıq! Daha diqqətli olun! Hamınıza təşəkkür edirəm!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB