“Napoli”nin 32 milyon avroya transfer etdiyi futbolçu zədələndi

“Napoli”nin 32 milyon avroya transfer etdiyi futbolçu zədələndi

"Napoli"nin hücumçusu Arkadius Milik zədələnib. Apasport.az saytının məlumatına görə, polşalı oyunçu millisinin oyununda ciddi xəsarət alıb. İtaliya mətbuatı iddia edir ki, futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, yay transfer dönəmində neapolluların 32 milyon avroya "Ayaks"dan transfer etdikləri Milik mövsümə möhtəşəm start vermişdi. O, A seriyasında meydana çıxdığı 7 oyunda 4, UEFA Çempionlar liqasında isə 2 matçda 3 qol vurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə