Belçika polisi Frank Riberini saxladı!

Belçika polisi Frank Riberini saxladı!
Deyəsən Belçikada fransız futbolçuları bir o qədər də sevmirlər. Amma təkcə "bir o qədərmi"?
Siasport.az saytı xəbər verir ki, Almaniyanın "Bayern Münhen" futbol klubunun fransız ulduz futbolçusu Frank Riberi Belçikada xoşagəlməz hadisə ilə üzləşib. Məsələ burasındadır ki, qardaşına toy hədiyyəsi olaraq aldığı "Audi Q5" markalı avtomobillə Almaniyadan keçib Fransaya daxil olmaq istəyən məşhur futbolçunu Belçika polisi saxlayıb. Səbəb isə onun avtomobilindəki müvəqqəti nömrə nişanından istifadə etməsidir. Maraqlıdır ki, Avropa Birliyinin üzvü olan Belçika ərazisində müvəqqəti nömrə nişanından istifadə etmək qadağan deyil. Amma nədənsə Belçika polisi, "Mən Riberiyəm" deyərək fəryad qoparan fransızın and-amanına heç məhəl də qoymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə