Norveç millisinin kapitanı Per Silyan Şelbred DÇ-2018-in seçmə mərhələsində millimizə dünən uduzduqları oyunu (0:1) şərh edib. O qeyd edib ki, Azərbaycan qol vurduqdan sonra komandası tez toparlanaraq rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb.
"Əsasən birinci hissədə bizim yaxşı şanslarımız oldu. Amma istifadə edə bilmədik" – deyə o, Norveç Futbol Assosiasiyasının rəsmi saytına bildirib:
"Əgər hesabı bərabərləşdirsəydik, oyunun məcrası dəyişəcəkdi. Hazırda çox məyusuq. Biz qalib gəlməli olduğumuz komandaya uduzduq. İndi özümüzə gəlməli və oktyabrın 11-də San-Marionoyla oyunda qələbə qazanmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB