"Qəbələ" klubu milli komandamızın daha bir üzvünü hədəfə alıb. Siasport.az saytı xəbər verir ki, bölgə klubu "İnter"in kapitanı Vladimir Levini heyətinə qatmaq istəyir.
"Qəbələ"dən sərfəli təklif alan Ukrayna əsilli futbolçu bu səbəbdən "İnter"in təklif etdiyi yeni müqaviləni imzalamayıb. Levin "Qəbələ" ilə danışıqları davam etdirir. Onun hansı klubda çıxış edəcəyi millimizin Almaniya ilə oyunundan sonra dəqiqələşəcək.
Qeyd edək ki, "Qəbələ" "İnter"in və milli komandamızın digər üzvü Aleksandr Çertoqanovu da heyətinə qatmaq istəyir. Bu səbəbdən Çertoqanov "İnter"in yeni müqavilə təklifindən imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB