Rusiya klubu türk əsilli futbolçunu transfer etmək istəyir

Rusiya klubu türk əsilli futbolçunu transfer etmək istəyir

Rusiyanın futbol çempiontında mübarizə aparan "Zenit St. Peterburq" komandası türk əslli futbolçunu heyətinə qatmağa çalışır. Siasport.az saytı xəbər verir ki, Rusiya Liqasının iddialı komandalarından olan "Zenit St. Peterburq" Bundesliqada mübarizə aparan "Şturtqart"da oynayan türk əslli alman futbolçu Sərdar Daşçını transfer etmək üçün hərəkətə keçib.

"Zenit St. Peterburq" alman klubuyla 2014-cü ilə qədər müqaviləsi olan 24 yaşlı futbolçu üçün 14 milyon avronu gözdən çıxarıb. Bu arada Sərdar Daşçının meneceri bu ana qədər onlara belə bir təklifin edilmədiyini və tutbolçunun yeni mövsümə adapdasiya olmağa çalışdığını qeyd edib. "Şturtqart"ın meneceri də məsələyə aydınlıq gətirib. O, Sərdar Daşçıdan məmnun qaldıqlarını və 2014-cü ilə ounla qədər müqavilələri olduğunu xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə