Bu gün DÇ-nin seçmə qrup mərhələsinin oyunları keçiriləcək

Bu gün DÇ-nin seçmə qrup mərhələsinin oyunları keçiriləcək

Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin III turunun oyunları keçiriləcək. SIA-nın məlumatına görə, oyun günü "D", "G" və "İ" qruplarında yer alan komandalar mübarizə aparacaq. İlk iki oyunda gərgin mübarizələrin getdiyi "D" qrupunda lider komanda müəyyənləşə bilər. Bu qrupda 4 komanda - Uels, Serbiya, Avstriya və İrlandiya yığmalarının aktivində 4 xal var. Qrupun əsas görüşü Serbiya və Avstriya komandaları arasında olacaq. Bu oyunda 3 xal qazanan komanda liderlik mövqeyini qorumuş olacaq. "G" qrupunda da azarkeşlər maraqlı oyunun şahidi olacaqlar. Qrupun əsas favoritlərindən hesab edilən İspaniya səfərdə birinci pillədə qərarlaşan Albaniyanın qonağı olacaq. Qalib komanda birinci pillədə möhkəmlənəcək. İtaliya isə Makedoniya ilə münasibətlərinə aydınlıq gətirəcək. "İ" qrupunda isə azərbaycanlı futbolsevərlərin də azarkeşlik etdiyi Türkiyə yığması İslandiya səfərində meydana çıxacaq. Hazırda aktivində 2 xal olan Türkiyə səfər qələbəsi sayəsində vəziyyətini xeyli yaxşılaşdıra bilər. İslandiya ilə eyni xala malik (4 xal) Xorvatiya isə Finlandiya ilə qarşılaşacaq. Qrupun bir oyunu isə neytral stadionda keçiriləcək. Ukrayna Kosovanı tanımadığından, FİFA-ya matçın neytral meydançada keçirilməsi xahişi ilə müraciət edib. Ali futbol qurumu müraciəti müsbət cavablandırıb və qarşılaşma Polşanın Krakov şəhərindəki Marşal Pilsudski adına stadionda olacaq. Dünya çempionatı, seçmə qrup mərhələsi, III tur D qrupu 20:00. Uels - Gürcüstan 22:45. Moldova - İrlandiya 22:45. Serbiya - Avstriya Qrupda vəziyyət: Uels - 4. Serbiya - 4. Avstriya - 4. İrlandiya - 4. Gürcüstan - 0. Moldova - 0. G qrupu 20:00. İsrail - Lixtenşteyn 22:45. Albaniya - İspaniya 22:45. Makedoniya - İtaliya Qrupda vəziyyət: Albaniya - 6. İspaniya - 4. İtaliya - 4. İsrail - 3. Makedoniya - 0. Lixtenşteyn - 0. İ qrupu 20:00. Finlandiya - Xorvatiya 20:00. Ukrayna - Kosovo 22:45. İslandiya - Türkiyə Qrupda vəziyyət: Xorvatiya - 4. İslandiya - 4. Ukrayna - 2. Türkiyə - 2. Finlandiya - 1. Kosovo - 1. Tam versiya

Bütün xəbərlər Facebook səhifəmizdə