"Gəncə" klubunun adı dəyişdirilir

"Gəncə" klubunun adı dəyişdirilir

"Gəncə" PFK növbəti mövsümdən Azərbaycan Premyer Liqasında "Kəpəz" adı ilə mübarizə aparacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə məlumatı klubun prezidenti Elmir Əliyev verib: "Bu təklif ətrafında klubun sponsoru ilə də müzakirələr aparılıb və son qərar belə oldu – "Gəncə" PFK bu mövsümdən "Kəpəz" adı ilə çıxış edəcək". Klub prezidenti artıq lazımi sənədlərin hazırlanması üçün göstərişlərin verildiyini əlavə edib.

Bu il I divizionda mübarizəyə başlayacaq Gəncə şəhərinin ikinci komandasının taleyinə isə klubun prezidenti Musa Abdullayev aydınlıq gətirib. Onun sözlərinə görə, bu mövsüm I divizionda mübarizə aparacaq Gəncə şəhərinin digər təmsilçisinin adı "Tərəqqi" olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə