Xəbər verdiyimiz kimi, "Abşeron" FK-nın üzvləri bu gün yekun toplantı məqsədilə bir araya gəlməli idi. Siasport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Mirbağır İsayev həmin toplantıda 2010-2011-ci ilin mövsümünə yekun vurmalı, icarə əsasında olan futbolçuların gələcək taleyinə aydınlıq gətirməli, komandanın yüksək liqaya çıxmasında əməyi olan bütün üzvləriylə gələcək əməkdaşlığın detallarını müəyyənləşdirməli, yeni transferlər barədə klubun prezidenti Yaşar Rüstəmovla fikir mübadiləsi aparmalı idi. "Abşeron" komandasının xeyli üzvünün müxtəlif yaş qruplarında milli komandadakı çıxışları ilə əlaqədar toplantı iyunun 7-sinə dəyişilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB