Federasiya kubokunu RŞM qazandı

Federasiya kubokunu RŞM qazandı

28 may Respublika günü münasibəti ilə "Azərbaycan Şahmat Federasiyasının kuboku" komanda yarışı yekunlaşıb. Siasport.az saytı xəbər verir ki, dairəvi sistem üzrə 4 komandanın iştirakı ilə keçirilən turnirdə hər bir komandanın tərkibində - 1 kapitan (usta ya qrossmeyster), 5 oğlan və 1 qız mübarizə aparıb. Turnirin reqlamentinə əsasən kapitan digər komandanın üzvlərinə saatla eynivaxtlı oyun seansı keçirir. Nəzarət vaxtı - 90 dəqiqə oyunun sonunadək verilirdi. Xallar kapitanın və uşaqların topladığı xalların cəmi ilə hesablanır.

Yekunda 22 xalla Respublika Şahmat Məktəbinin komadnası qalib gəldi. İkinci yeri 1 saylı RİOEUGŞDİM – 19 xal (Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat Dama İdman Məktəbi), 3-cü yeri AHİTA – 18.5 xal, 4-cü pilləni isə jurnalistlər – 12.5 xal tutdular. Seans verən qrossmeysterler arasında ən yaxşı nəticəni Eltac Səfərli göstərib.

Qalib komanda Azərbaycan Şahmat Federasiyasının kuboku, diplomu və medallarla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə