İtaliyanın ən köklü futbol klublarından olan "Yuventus"un sükanı arxasına keçən yeni mütəxəssisin adına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, bu gənc çalışdırıcı, "Yuventus"un keçmiş futbolçusu və kapitanı olan Antonio Kontedir. İtalyan klubunun rəsmi internet saytında dərc olunan məlumatda, klub prezidenti Andrea Agnelli ilə A.Konte arasında keçirilən görüşdə razılaşma əldə olunduğu və 41 yaşlı keçmiş kapitanla 2 illik müqavilə imzalandığı bildirilir. Xatırladaq ki, A.Konte, 1992-2004-cü illər arasında "Yuventus"da çıxış edərək klubun kapitanlığına qədər yüksələ bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB