"Sabah uğurlu nəticə qazanmağa çalışacağıq"

"Sabah uğurlu nəticə qazanmağa çalışacağıq"

"Yenidən bakıya gəlməyimizə şadam. İki il əvvəl Bakıda Azərbaycanla oynamışdıq. Burada futbolun inkişafı bizi sevindirir. Yığmada oynayan futbolçuların əksəriyyətinin Avropa Liqasında oynayan klubların üzvləri olduğunu bilirik".

Bu barədə Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsində sabah milimizlə qarşılaşacaqları oyun üçün təşkil olunmuş mətbuat konfransında deyib.

- Azərbaycana məğlubiyyət sizin üçün faciə olacaq?

- Qalib gəlmək istəyirik. Azərbaycanla oynadığımız son oyunda hesab açılmamışdı. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq.

- Azərbaycanla Bakıda əvvəlki oyununuz "Bakcell Arena"da olmuşdu. İndi isə böyük stadionda qarşılaşacaqsınız.

- Stadion çox gözəldir. Xoşbəxtik ki, görüş bu cür gözəl stadionda olacaq. Ümid edirəm ki, son görüşdə olduğu kimi ot örtüyü rənglənməyəcək.

- Əvvəlki Azərbaycanla yığması indiki Azərbaycan arasında nə fərq var?

- Komandada inkişaf göz önündədir. İki ildir Robert Prosineçki komandaya məşqçilik edir. Heyətin əksəriyyəti "Qarabağ"ın üzvüdür. Onlar da Avropa Liqasında kifayət qədər təcrübə qazanıblar.

- Bakıya çarter reysi ilə gəlmisiniz və bu yerli mətbuat tərəfindən müsbət qarşılanmayıb. Düşünmürsünüz ki, məğlub qayıtsanız, ölkənizdə sizin üçün işlər heç də yaxşı cərəyan etməyə bilər...

- Bu mənim üçün yeni məlumatdır və sizdən eşidirəm. Ümid edirəm ki, həmin təyyarə Bakıdakı hava limanında bizi gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə