İstanbulun "Qalatasaray" futbol klubu daha 5 futbolçu ilə yollarını ayırmağı planlaşdırır. Siasport.az saytı xəbər verir ki, kabus kimi uğursuz futbol mövsümü keçirən "aslanlar", bu müvəfəqiyyətsizlikdə az "payı" olmayan Robinson Zapata və Emilianio İnsua ilə yollarını ayıran İstanbul təmsilçisi, indi də daha 5 futbolçunu klubdan göndərmək istəyindədir. Bunlar Cem Sultan, Kewell, Barış Özbək, Neill və Gökhan Zandır. Artıq rəhbərliyin də bu futbolçularla yola davam etmək istəyində olmadığı, baş məşqçi Fatih Terimin də bu futbolçuların təmsil olunmadıqları heyətlə yola davam etmək istəyində olduğu gün kimi aydın məsələdir. Amma deyəsən "Qalatasaray"ı tərk edəcəklər arasında təkcə bu futbolçular olmayacaq. Belə ki, klub rəhbərliyi əsas heyətdə yer almayaraq gününün çox hissəsini ehtiyat futbolçular skamyasında keçirən futbolçulara da qapı göstərməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB