Türkiyənin "Fənərbaxça" futbol klubunun üzvü Semih Şentürk, artıq qarşıdakı daha 3 il ərzində İstanbul klubunun formasını geyinəcək. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça" ilə müqaviləsi bitməkdə olan futbol üzrə Türkiyə milli komandasının futbolçusu, son qərarını dünən axşam verib. Türkiyənin nüfuzlu "Milliyet" qəzeti xəbər verir ki, "Fənərbaxça" klubunun rəhbərliyi hazırda futbol üzrə Türkiyə milli komandasının təlim-məşq düşərgəsində olan milli futbolçuya, ilinə 1 milyon 950 min avro ödməyə hazır olduğunu meneceri vasitəsi ilə xəbər yollayıb. Artıq 11 ildir ki, "Fənərbaxça" klubunda çıxış edən 28 yaşlı futbolçu, qarşıdakı 3 il ərzində 6 milyon avroya qədər pul qazanacaq. 28 yaşlı futbolçunun da doğma klubundan gələn bu təklifə müsbət yanaşdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB