Sərbəst güləşçilərimiz Dünya Kuboku yarışlarında gümüş medal qazanıblar
Almaniyanın Plauen şəhərində keçirilən gənclər arasında sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb. Siasport.az saytı xəbər verir ki, püşkatmanın nəticələrinə görə, B qrupunda mübarizə aparan yığmamız bütün görüşlərini qələbə ilə başa vuraraq finala yüksəlib. İlk olaraq Yaponiya millisi üzərində 7:1 hesablı qələbə qazanan Azərbaycan pəhləvanları, Gürcüstan yığmasını da eyni hesabla məğlub ediblər. ABŞ-ın komandasını isə 6:2 hesablı məğlubiyyətə uğradan təmsilçilərimiz qızıl medal uğrunda mübarizə aparmaq hüququna da yiyələniblər. Finalda komandamızın rəqibi digər yarımqrupun qalibi Rusiya yigması olmuşdur. Final görüşündə 4:4 hesablı nəticə qeydə alınıb. Lakin, xal hesabına görə, (34:30)Rusiya yığması yarışın qalibi elan olunub. Güləşçilərimiz gənclər arasında ilk dəfə keçirilən Dünya Kuboku yarışlarını ikinci yerdə tamamlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB