DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya və İspaniya heç-heçəyə imza atıblar. SİA-nın məlumatına görə, İtaliya milli komandasının və "Juventus"un qapıçısı Canluici Buffon qarşılaşmadan sonra oyun haqda fikirlərini bildirib: "Bir müddət sonra buraxdığım bu qolu yadıma salıb güləcəyəm. Amma bu hal bir də təkrar olunarsa, artıq gülə bilməyəcəyimi də bilirəm. Əsas problemim topu hansı tərəfdən ötürəcəyimi fikirləşərkən yanlış fəndi seçməyim oldu. İki variant arasında qalmışdım ki, topu müdafiəçilərə hansı tərəfdən ötürüm. Nəticədə isə, əlimdə buraxılmış qol qaldı. Bu qoldan sonra biz sübüt etdik ki, istəsək oyunu nəzarət altında saxlaya bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB