Araz Abdullayev iyulun 5-də “Everton”a yollanır!

Araz Abdullayev iyulun 5-də “Everton”a yollanır!

Bakının "Neftçi" futbol klubunun forvardı Araz Abdullayev, iyulun 5-də İngiltərənin "Everton" futbol klubunun düşərgədinə dəvət olunub. Siasport.az saytı xəbər verir ki, bu barədə İngiltərənin "Everton" futbol klubundan Bakının "Neftçi" komandasına məktub daxil olub. Məktubda, paytaxt klubunun futbolçu Araz Abdullayevin bu il iyulun 5-də Liverpul şəhərini təmsil edən komandanın düşərgəsinə dəvət olunduğu qeyd olunur. O, bundan sonra "Everton"un heyətində təlim-məşq toplanışında iştirak edəcək. Qeyd edək ki, futbolçu hazırda Azərbaycanın 21 yaşadək yığma komandasının düşərgəsindədir. U-21 mayın 31-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə