Boksçularımız olimpiya çempionu Vladimir Kliçkonun mükafatları uğrunda mübarizə aparacaqlar
İyunun 6-dan 12-dək Ukraynanın Berdiçev şəhərində olimpiya çempionu Vladimir Kliçkonun mükafatları uğrunda beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışmada Azərbaycan, Belarus, Gürcüstan, Qazaxstan, Moldova, Rusiya, Rumıniya, Türkmənistan, Türkiyə, Özbəkistan, Rusiya və Ermənistan dəri əlcək sahiblərinin iştirakı gözlənilir. Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Ukrayna rinqində bütün çəki dərəcələri üzrə təmsil olunacaq. Baş məşqçi Şamil Əlimzanov və məşqçi Vidadi Tağıyevin rəhbərliyi altında ənənəvi turnirin medalları uğrunda Orxan Süleymanov (49 kq), Ramal Yusifzadə (52 kq), Salman İbrahimov (56 kq), Pərviz Bağırov (60 kq), Coşqun Əliyev (64 kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq), Rəvan Əliyev (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Heydər Heydərov (91 kq-dan yuxarı) mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB