"Qalatasaray"ın baş məşqçisi Fatih Terim, indi də İtaliyanın "İnter" futbol klubunun braziliyalı ulduz futbolçusu Lusionu transfer etmək üçün klub rəhbərliyini səfərbər edib. Siasport.az saytı xəbər verir ki, "Avropa fatehi"nə 3-cü dönüşündə böyük uğurlara imza atmaq üçün qollarını çırmalayan "imperator", italyan klubundakı dostları vasitəsi ilə braziliyalının transferini reallaşdırmaq istəyindədir. Türkiyənin "Spor.3" idman saytı yazır ki, transfer qiyməti təxminən 10 milyon avroya bərabər olan 33 yaşlı futbolçunu "Qalatasaray"a transfer etməkdə israrlı olan F.Terim, klub rəhbərliyi tərəfindən də dəstəklənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB