İstanbulun "Fənərbaxça" futbol klubunun daha bir braziliyalı forvardına əcnəbi klubdan "elçi düşüblər". Siasport.az saytı xəbər verir ki, budəfəki təklif isə, elə braziliyalıların öz doğma vətənlərindəndir. Belə ki, Braziliyanın iki məşhur futbol klubu olan "Sao Paulo" və "Korinthians" futbol klubları futbol üzrə Braziliya milli komandasında da çıxış edən Kristiyan Baronini öz klublarında görmək istəyirlər. Onlar bu məqsədlə braziliyalı futbolçunun menceri ilə də danışıblar. "Fənərbaxça"dan ayrılmağı düşünməyən K.Baroni isə İstanbuldakı futbolçu həyatından məmnun olduğunu, əgər təkliflərində israrlıdırlarsa, o zaman İstanbul klubunun rəhbərliyi ilə danışıqlara başlamalarını həmvətənlərinə tövsiyyə edib. Sözsüz ki, bu futbolçunu transfer etmək üçün "Fənərbaxça" prezidenti Əziz Yıldırımın braziıiyalılara nə qədər "qiymət oxuyacağı" da maraqla gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB