Var gücü ilə İngiltərənin "Çelsi" futbol klubunun forvardı Didye Droqbanı transfer etməyə çalışan "Qalatasaray" rəhbərliyi, transfer siyasətini bununla bitiirməyi heç ağlına da gətirmir. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun rəhbərliyi, keçmiş "Fənərbaxça"lı futbolçu, hazırda Almaniyanın "Wolsburq" klubunda çıxış edən Tuncay Şanlı üçün bütün maliyyə resurslarını səfərbər etməyə hazırdır. Artıq İstanbul klubunun rəhbərliyi bu təklifi meneceri vasitəsi ilə futbol üzrə Türkiyə milli komandasının üzvünə çatdırıb. İngiltərənin "Stok Siti" futbol klubundan Almaniya klubuna mövsüm arasında transfer olunan T.Şanlı üçün "Qalatasaray" rəhbərliyinin "Wolsburq"a 5 milyon avro ödəməyi planlaşdırdığı bildirilir. T.Şanlıya da 3 illik müqavilə təklif edən "cim bom", bunun da müqabilində milli futbolçuya 9 milyon dollar pul təklif edir. "Qalatasaray"ın keçmiş "Fənərbaxça"lı futbolçunu transfer etməkdə əsas kozırı isə, heç şübhəsiz ki, "Qalatasaray"ın hazırkı baş məşqçisi Fatih Terimdir. "İmperator", artıq T.Şanlı məsələsinin də bitməkdə olduğunu Türkiyə mətbuatına açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB